“Zidanın “Yuventus”a rəhbərlik etmək istədiyini düşünmürəm”
Fransalı mütəxəssis Tyeri Anri “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanın “Yuventus”un baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Anri, Zidanın “Yuventus”a rəhbərlik etmək istədiyini düşünmədiyini deyib:
“Zidanın adı bir çox klubla hallanıb, lakin bu məlumatlar heç vaxt doğru olmayıb. Onun “Yuventus”a rəhbərlik etmək istədiyini düşünmürəm. Zidanın Fransa millisinə dəvəti necə gözlədiyini görürəm və bu məntiqlidir”.
Daha əvvəl bildirilmişdi ki, “Yuventus” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə baş məşqçi Massimiliano Alleqrini istefaya göndərməyi planlaşdırır və Zidanı “sükan arxasına” gətirməyi düşünür.
“Yuventus” Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şanslarını itirib. “Qoca sinyora” A Seriyasında 11 oyunda 19 xal toplayıb və turnir cədvəlində səkkizinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin