ÇL: “Bu, dəlilikdir! İnanmaq mümkün deyil!”
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bayern”i məğlub etdikdən (2:1) sonra finalla bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis futbolçu xoşbəxt olduğunu bildirib:
“Zinəddin Zidan mənim kumirimdir. Onun ilk finalda “Real” üçün etdiklərini təkrarlamaq istərdim. Mən çox xoşbəxtəm. Ailəm bu oyunu tribunadan izlədi və bu, qələbənin dadını daha da şirin etdi.
“Real”la ilk Çempionlar Liqası finalım çox emosional olacaq. Bu, dəlilikdir! İnanmaq mümkün deyil! Bu, yəqin ki, baş verə biləcək yeganə yoldur. İlk finalım, İngiltərədə, “Borussiya”ya qarşı… Köhnə dostları görmək xoş olacaq. Düşünürəm ki, sabah səhərə qədər telefonumu söndürməyim daha yaxşıdır”.
“Real” “Bayern”ə (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” (Dortmund) ilə qarşılaşacaqlar. Final iyunun 1-də “Uembli”də keçiriləcək.
Bizi Facebook-da izləyin