Zidanın oğlu klubsuz qaldı
İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan çıxış etdiyi “Almeriya” klubu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 25 yaşlı futbolçuyla müqavilə qarşılıqlı anlaşma əsasında ləğv edilib. Bu ilin qışında “Almeriya”ya keçən Enzo klubla 2021-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin