Zidan İngiltərədə işləməyəcək – Çünki…

Fransa millisinin keçmiş futbolçusu Emmanuel Petit Zinəddin Zidan haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, Zidanı uzun müddətdir tanıdığını və onun üçün önəmli olan məsələlərdən birini diqqətə çatdırıb:

“Şübhəsiz ki, Zidan İngiltərəyə yollanmayacaq. Səbəbi çox sadədir: çünki o, ingilis dilini bilmir. Uzun müddətdir ki, Zidanı tanıyıram. Belə məsələlər onun üçün önəmlidir. Yəni, o, dediyi sözlərin tərcümə edilməsini həqiqətən, xoşlamır”.

Öncədən fransalı mütəxəssisin adı Liqa 1 təmsilçisi PSJ ilə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button