Zidan və İskonun da evi qarət olundu
İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanla Madrid təmsilçisinin yarımmüdafiəçisi İskonun evləri qarət olunub.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə onlar evdə olmadığı vaxt baş verib. Cinayətin detalları barədə hələlik ətraflı məlumat verilmir.
“Real” rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.
Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə cinayət hadisəsi deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbianın da evləri qarət olunub. Bir neçə gün öncə isə Alvaro Morata İspaniya millisinin düşərgəsində olduğu vaxt silahlı şəxslər onun evinə daxil olaraq qiymətli əşyaları aparmışdılar.
Bizi Facebook-da izləyin