Zidan: “Topa toxunduğu anda məni heyran edən bir futbolçu var”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Barselona”nın oyunçusu Lamin Yamaldan təsirləndiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşlı vingerin oyununa xüsusi heyranlıqla yanaşdığını bildirib:

“Mənə kim xoş gəlir? Meydandakı mövqeyindən asılı olmayaraq, topa toxunduğu anda məni heyran edən bir futbolçu var – bu, Yamaldır. O, ötən mövsüm UEFA Çempionlar Liqasında “İnter”lə “San Siro”dakı görüşdə hər şeyi özü edirdi”.

Zidan həmçinin, texnikası ilə diqqət çəkən digər futbolçuların adlarını da çəkib:

“Sonra Vitinya və Joao Neveş yadıma düşür. Onlar topu heç vaxt itirmirlər”.

Zinəddin Zidan futbolçu karyerasında “Yuventus”, “Real” və Fransa millisində çıxış edib, daha sonra “Real”ın baş məşqçisi kimi üç dəfə ardıcıl Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button