DÇ-2022: Zidandan boykot çağırışlarına reaksiya
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2022 ilə bağlı tənqidlərə münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, futbola və rəqabətə yer qoymalı olduqlarını deyib:
“Düşünürəm ki, mübahisəni bir kənara qoyub, oyuna və dünya çempionatına yer verməliyik – futbol həvəskarları üçün. Biz futbola və rəqabətə yer qoymalıyıq ki, bütün futbol həvəskarları yaxşı vaxt keçirsinlər”.
Bundan əvvəl bir çox azarkeşlər və hüquq müdafiəçiləri miqrant işçilərə münasibət, qadınlara və homoseksuallara qarşı ayrı-seçkiliyə görə dəfələrlə Qətərdə keçiriləcək turniri boykot etməyə çağırıblar.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin