
Zidanın gördüyü ən yaxşı stadion
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan karyerası ərzində gördüyü ən yaxşı stadionun adını açıqlayıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, “Santyaqo Bernabeu”nun əsl zirvə olduğunu bildirib:
“Mənim üçün ən yaxşısı “Santyaqo Bernabeu”dur. Bu, əsl zirvədir, bir nömrədir. Burada hər şey ən yaxşısıdır”.
Zidan karyerasını başa vurduqdan sonra “Real”ın baş məşqçisi vəzifəsində çalışıb. O, 2016-2018 və 2019-2021-ci illərdə “kral klubu”na rəhbərlik edib. Madrid komandası Zidanın rəhbərliyi altında 2 dəfə La Liqa, 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin