Zidan: “Qayıdışım çox yaxında, çox tez olacaq”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yaxın zamanda yenidən məşqçiliyə qayıdacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis bu barədə “Le Parisien” nəşrinə danışıb:

“Mən hələ də məşqçiyəm və yenidən işləyəcəm. Qayıdışım çox yaxında, çox tez olacaq”.

53 yaşlı mütəxəssis 2016–2021-ci illər arasında “Real”a rəhbərlik etdiyi dövrdə böyük uğurlar qazanmışdı. Madridlilər həmin dövrdə 2 dəfə İspaniya çempionatının, 3 Çempionlar Liqasının, 2 UEFA superkubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olub.

Fransada uzun müddətdir Zidanın milli komandanın başına keçəcəyi barədə söz-söhbətlər dolaşır. Hazırkı baş məşqçi Didye Deşamla yığma dünya çempionluğu və gümüş medal qazansa da, son illərdə nəticələrdə eniş müşahidə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button