Zidan PSJ-nin dəvətini rədd edib

Zinəddin Zidan Fransa millisindən iş təklifi gözlədiyinə görə klublardan gələn təklifləri rədd edir.

Komanda.az “Mundo Deporivo”-ya istinadən xəbər verir ki, hazırda Fransa millisində çalışmaq Zidanı məşqçiliyə qayıtmağa həvəsləndirən yeganə variantdır.

“Real”ın sabiq çalışdırıcısı Fransa Futbol Federasiyasından təklif gözləyərkən bir sıra klubların, o cümlədən PSJ-nin dəvətini rədd edib.

Zidanın İspaniyada həyatını qurduğu və bu ölkəni daimi olaraq tərk etmək istəmədiyi vurğulanır. Fransa millisində işləmək onun Madriddə yaşamağa davam etməsinə, yalnız yığmanın oyunlarına gedəndə şəhəri tərk etməsinə imkan verəcək.

Hazırda Fransa millisinə müqaviləsi 2026-cı ilin yayına qədər olan Didye Deşam rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button