Zidan PSJ-nin baş məşqçisi olmayacaq – Səbəb…

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan PSJ-nin “sükanı arxasına” keçməyəcək.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, 49 yaşlı fransalı məşqçini Paris klubunun layihəsi razı salmayıb.

Xəbərdə qeyd olunur ki, PSJ-nin yekun siyahısına dörd məşqçi daxil olub: “Sportinq”dən Ruben Amorim, “Nitsa”dan Kristof Qaltye, “Portu”dan Serxio Konseysao və “Spetsiya”dan Tiaqo Motta.

Eyni zamanda, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq hazırkı baş məşqçi Maurisio Poçettino da klubda qalmaq istəyir.

PSJ ötən mövsüm 86 xalla Liqa 1-in qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button