
Zidan PSJ-nin baş məşqçisi olsa…
Fransalı məşqçi Zinəddin Zidan PSJ-ni çalışdıra bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Paris klubuna təyinat alsa, Neymar paytaxt təmsilçisini tərk edəcək.
Öncədən Zidanın yenidən “Real”a da qayıda biləcəyi vurğulanırdı.
PSJ hazırda Liqa 1-in turnir cədvəlində 66 xalla birinci, “Real” isə La Liqanın turnir cədvəlində 59 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin