MY Zidanı baş məşqçi postuna gətirmək istəyir
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”i çalışdıra bilər.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Fransa millisinin keçmiş futbolçusunu “qırmızı şeytanlar”ın “sükanı arxasına” gətirmək istəyir. Həmçinin MY rəhbərliyi “Sportinq”in baş məşqçisi Ruben Amorimin namizədliyini də nəzərdən keçirir.
“Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında “Mançester Siti” (0:3) və “Nyukasl”a (0:3) evdə iki məğlubiyyətdən sonra futbolçular arasında niderlandlı çalışdırıcıya inamın azaldığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin