Zidan millidən gələn təklifi rədd edib

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan Əlcəzair Futbol Federasiyasının ölkənin millisini çalışdırmaq təklifini rədd edib. 

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis qurumun ona göstərdiyi maraqdan məmnun olsa da, sonda təklifdən imtina etmək qərarına gəlib.

Yanvarın 24-də Əlcəzair Futbol Federasiyasının prezidenti Valid Sadi komandanın Afrika Millətlər Kubokunda uğursuz çıxışına görə baş məşqçi Camel Belmadinin vəzifəsindən azad edildiyini açıqlayıb. Əlcəzair Anqola, Burkina Faso və Mavritaniyanın yer aldığı D qrupunda sonuncu yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button