Zidan “Mançester Yunayted”in baş məşqçisi olmaq istəmir

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”də mümkün iş barədə sualı cavablandırıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis dil biliyinə görə komandaya rəhbərlik etməyə hazır olmadığını etiraf edib:

“Mançester Yunayted”i idarə etmək istərdim? Mən ingilis dilini başa düşürəm, lakin tam sərbəst danışa bilmirəm. Bilirəm ki, milli dili bilmədən klublara gələn məşqçilər var. Amma mən fərqli prinsiplərlə işləyirəm. Qələbələr çoxlu komponentlərə və çox qlobal kontekstə malikdir. Buna görə də, qalib gəlmək üçün nəyə ehtiyacım olduğunu bilirəm”.

Mətbuat Zidanı “qırmızı şeytanlar”ın “sükanı arxasında” Erik ten Haqın potensial əvəzedicilərindən biri adlandırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button