Zidan: “Klub nə qədər böyükdürsə, paltardəyişmə otağında da eqo o qədər böyükdür”
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan top-klublarda işləməsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oynamağı və topla məşq etməyi sevdiyini söyləyib:
“Bunun necə olduğunu bilirsiz: klub nə qədər böyükdürsə, paltardəyişmə otağında da eqo bir o qədər böyükdür. Və bununla məşğul olmalısan. Mən həmişə oynamağı xoşlayırdım, uşaqlarla topla məşq edirdim. Onlar sadəcə meydançada qaçmırdılar. Bəli, qaçmaq vacibdir, amma topla. Bu, onların xoşuna gəlir. Məşqçi kimi etdiyim şey oyunçu kimi etməkdən həzz aldığım şeydir. Ümumi bir iş görmək və əylənmək üçün mənə top lazımdır”.
Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.
Bizi Facebook-da izləyin