Zidan Hümbətov Avropa birinciliyinin 1/4 finalında
Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin bir üzvü rinqdən qalib ayrılıb.
Startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.
Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də olacaq.
Birinciliyin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin