Zidan onu istəmir
İcarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən “Real”ın futbolçusu Əşrəf Hakimi karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Borussiya” ilə müqaviləsi iyunda başa çatacaq futbolçu, Dortmund təmsilçisində qala bilər. “Real”ın baş məşqçisi Zinəddin Zidan 21 yaşlı futbolçunun xidmətində maraqlı deyil. Bu səbəblə, futbolçunun komandada qalmasını istəyən “Borussiya”nın Hakimi ilə müqaviləni yeniləcəyi bildirilir.
Hakiminin “Real”la müqaviləsi 2022-ci ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin