“Zidan “get” desə, gedəcəm” – “Real”ın futbolçusu
“Real”ın qapıçısı Keylor Navas La Liqanın 30-cu turunda “Valensiya”ya 1:2 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan 32 yaşlı futbolçu, “Real”dakı gələcək taleyiylə bağlı bunları deyib:
“Baş məşqçimiz Zinəddin Zidan “get” desə, gedəcəm. Ancaq indi bir illik müqaviləm var. Mən baş məşqçilərimə həmişə qapıda dayanmağa hazır olduğumu bildirmişəm. “Real”da qalmaq istəyirəm, ancaq gələcəkdə nə olacaq, görəcəyik. Mövsümü mümkün qədər yaxşı yerdə tamamlamaq istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin