Zidan: “Otel otaqlarında yaşamaqdan bezmişdim”

”Real”ın sabiq yarımmüdafiəçisi (sonradan baş məşqçisi) Zinəddin Zidan 34 yaşında futbolçu karyerasını bitirmək qərarını izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun şüurlu qərar olduğunu söyləyib:

“Bu, şüurlu bir qərar idi. Daim səyahət etməkdən və otel otaqlarında yaşamaqdan bezmişdim. Hətta evdə oynayanda belə, sonradan otelə qayıdırdıq. Buna görə də butslarımı asmaq qərarına gəldim. Düzünü desəm, daha iki il oynaya bilərdim. Məni həqiqətən də yormağa başladılar”.

Zidan 2006-cı ildə futbolçu karyerasını bitirdiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button