Mbappe Zidanı milli komandada görmək istəyir

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Madrid klubunun və yığmanın sabiq yarımmüdafiəçisi Zinəddin Zidan haqqında fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Zizu bütün uşaqların kumiri idi. Zidan Fransa millisinin tarixində böyük iz qoyub. O, hər zaman xalqımızın qəlbində olacaq. Ona olan sevgim danılmazdır. Zidan Fransa millisinə rəhbərlik etsə, bu, böyük şərəf olar, xoşbəxt olaram”.

Zidan yalnız “Real”da məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında Madrid klubu ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Fransa millisinə hazırda Didye Deşam başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button