Zidan Areola ilə bağlı qərarını verib
İspaniyanın “Real” klubu mövsümün əvvəlində icarə əsasında PSJ-dən heyətinə qatdığı Alfons Areola ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 27 yaşlı futbolçunu birdəfəlik transfer etmək qərarına gəlib. Komandanın baş məşqçisi Zinəddin Zidan qolkiperin ikinci qapıçı olaraq Madrid klubuna fayda verəcəyini düşünür.
Futbolçunun müqavilə ilə məxsus olduğu PSJ klubu da bu keçidə müsbət yanaşır. “Milan”dan Canluici Donnarummanı transfer etməyi hədəfləyən parislilər, Areolanın “Real”a keçidinə mane olmayacaq.
Areolanın “Real”la icarə müqaviləsi cari mövsümün sonunda başa çatır. Futbolçunun PSJ ilə müqaviləsi isə 2023-cü ilin iyununadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin