“Zenit” Çempionlar Liqası səviyyəsində olan komandadır” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin müdafiəçisi Azər Əliyev bu gün Bakıda “Zenit”ə qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Matç” TV-yə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Zenit”in Çempionlar Liqası səviyyəsində olduğunu bildirib:
– “Zenit”lə oyundan gözləntilərim yaxşıdır. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Mən hələ Rusiya Premyer Liqasında çıxış edəndə, onlara qarşı oynamaq maraqlı idi.
– “Neftçi”nin Sankt-Peterburq səfərindən sonra “Zenit”in indi Bakıya gəlməsini necə şərh edərdiz?
– Bu, hər iki komanda üçün yaxşıdır. “Zenit” üçün bu, xarici klublarla oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir. Yayda, biz Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq etməsi yaxşıdır.
– “Zenit”i stadionda necə qarşılama gözləyir?
– Ümid edirəm ki, mümkün qədər çox azarkeş gəlib oyundan həzz alacaq.
“Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin