“Zenit”in futbolçusu “Neftçi” ilə oyundan öncə kömək istəyib

“Zenit”in braziliyalı futbolçusu Duqlas Santos Sankt-Peterburqda təşkil olunacaq “PARI Premyer” turnirinin “Neftçi” ilə açılış oyunu üçün kömək istəyib.

Komanda.az “Match TV”-yə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi azarkeşlərdən həmin qarşılaşmada “Qazprom Arena”nın tribunalarını doldurmalarını xahiş edib.

Duqlas bunun 2023/24 mövsümünə yüksək motivasiya ilə hazırlaşmaq baxımından önəmli olduğunu deyib:

“Bu turnir mövsümöncəsi çox vacibdir. Yoxlama görüşü xarakterli olsa da, təcrübəli və güclü rəqiblərlə qarşılaşmaq yeni mövsüm ərəfəsində səviyyəmizi qiymətləndirmək üçün yaxşı fürsətdir. İyulun ilk günündə keçirəcəyimiz birinci oyundan başlayaraq azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Bu, bizim yeni mövsümə daha yüksək əhvali-ruhiyyədə hazırlaşmağımıza təkan verəcək”.

“PARI Premyer” turnirinin ilk qarşılaşması iyulun 1-də “Zenit”lə “Neftçi” arasında keçiriləcək. Azərbaycan klubu ayın 8-də “Srvena Zvezda”, 15-də isə “Fənərbaxça”sı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button