“Zenit”in 8 futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
Rusiyanın “Zenit” klubunun 8 futbolçusu Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə oyunu buraxacaq.
Komanda.az “bobsoccer.ru”-ya istinadən xəbər verir ki, onlardan 1-i yerli, 7-si isə əcnəbidir.
Rusiyalı Daler Kuzyayevlə yanaşı, braziliyalılar – Malkom, Vendel, Robert Renan, Rodriqao, kolumbiyalılar – Matteo Kassierra, Vilmar Barrios və qazaxıstanlı Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.
“Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbaxça”ya qarşı keçiriləcək turnirin son tur matçına tam heyətlə iştirak edə biləcəyi deyilir.
“Zenit” – “Neftçi” oyunu “Qazprom Arena”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin