“Zenit”dən Azərbaycan millisinin futbolçusu ilə yeni müqavilə
Rusiyanın “Zenit” klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.
Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada “Torpedo”, Azərbaycanda isə “Sumqayıt”, “Səbail” və “Uğur” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin