“Zenit”dən ayrılan ukraynalı futbolçu Super Liqa klubunda
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitskini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusunda olan futbolçu Türkiyə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Rakitski 2019-cu ildən Rusiyanın “Zenit” klubunun formasını geyinirdi. Təcrübəli mərkəz müdafiəçisi daha öncə uzun illər yetirməsi olduğu Donetsk “Şaxtyor”unda forma geyinib. Ukrayna yığmasında 54 oyun keçirmiş 33 yaşlı futbolçu, 5 qola imza atıb.
“Adana Demirspor” Gürcüstandan olan gənc futbolçu Georgi Xabulianini də transfer edib. “Telavi”dən gələn 18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Gürcüstanın “Merani” klubunun yetirməsi olan Xabuliani 2021-ci ilin yayından “Telavi”də çıxış edirdi. Türkiyə klubunun bu transfer üçün gürcülərə nə qədər ödədiyi açıqlanmayıb.
Bizi Facebook-da izləyin