“Zenit” – “Neftçi” matçının hakimləri məlum olub

Rusiyada keçiriləcək “PARI Premyer” turnirinin ilk turunda baş tutacaq “Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, iyulun 1-də keçiriləcək oyunu yerli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi 36 yaşlı Artyom Çistyakovdur. Ona Aleksey Şiryayev və Vladislav Nazarov köməklik göstərəcəklər. Oyunun VAR hakimi isə Sergey Çıqankov olacaq.

“Qazprom Arena”da keçiriləcək “Zenit” – “Neftçi” matçı saat 20:30-da başlayacaq. Bakı təmsilçisi iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button