“Beşiktaş” Rusiya klubundan 20 milyon avroluq təklif gözləyir

Rusiya çempionu “Zenit” “Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandes üçün 15 milyon avro təklif etməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin Türkiyə klubu portuqaliyalı futbolçu ilə 20 milyon avrodan aşağı qiymətə ayrılmağa hazır deyil.

“Zenit” keçən yayda da oyunçu ilə maraqlanıb. Daha sonra Rusiya klubu “Beşiktaş”a 17 milyon avro təklif edib.

Fernandes bu mövsüm bütün klub yarışlarında 31 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun “Beşiktaş”la hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button