Zelenskinin Abramoviçə görə ABŞ prezidentindən xahişi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydendən “Çelsi”nin sahibi Roman Abramoviçi sanksiyalardan azad etməyi xahiş edib.
Komanda.az xəbər verir ki, bu barədə “Wall Street” jurnalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukrayna prezidenti ABŞ prezidentinə zəng edib. Zelenski Baydendən Roman Abramoviçə yardım etməsini xahiş edib. Buna səbəb isə Abramoviçin Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətinin olmasıdır.
Zelenski düşünür ki, Abramoviç Putini müharibəni bitirməyə razı sala bilər.
Böyük Britaniya hökuməti Abramoviçi Putinə yaxın olduğuna görə “qara siyahı”ya salıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin