Zeedorf keçmiş komandasından narazıdır
Niderlandlı keçmiş futbolçu Klarens Zeedorf UEFA Çempionlar Liqasının 1/8 finalının “İnter” – “Portu” (1:0) oyunu barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan təmsilçisinin oyunçuları arasında komanda ruhunun olmadığına görə narazılığını dilə gətirib:
“İnter”in futbolçuları arasında komanda ruhunun olmamasına dair bəzi məqamlara şahidlik etdik”.
“Portu” – “İnter” duelinin cavab qarşılaşması martın 14-də Portuqaliyada keçiriləcək.
Zeedorf 2000-2002-ci illərdə “İnter”də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin