Zaur Əliyev erməniyə qalib gəlib dünya üçüncüsü oldu!
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisiylə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçiylə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.
Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanıyla bacarmayıb.
55 kq
1/8 final – Zaur Əliyev – Nuqzari Tsurtsumia (GEO) 6:4
1/4 final – Zaur Əliyev – Amanqali Bekbolatov (KAZ) 6:4
1/2 final – Zaur Əliyev – Emin Seferşayev (RUS) 0:7
Bürünc medal görüşü – Zaur Əliyev – Norayr Hakoyan (ARM) 7:2
77 kq
Təsnifat – Tuncay Vəzirzadə – Pyotr Prjemislav (POL) 8:1
1/8 final – Tuncay Vəzirzadə – Sayan Sayan (İND) 1:3
87 kq
Təsnifat – Eltun Vəzirzadə – Turpan Ali Bisultanov (DEN) 4:2
1/8 final – Eltun Vəzirzadə – Ali Cengiz (TUR) 2:7
Bizi Facebook-da izləyin