Zaur Həşimov: “Məğlubiyyəti gözləyirdik”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • “Sumqayıt”ın oynadığı futbol göstərir ki, Ayxan Abbasovun adı boş yerə milliyə namizəd göstərilmir. Bizi çox yaxşı təhlil etmişdilər. Məğlubiyyəti gözləyirdik. Yerində olan məğlubiyyət idi. Bu, göstərdi ki, çox göylərə qalxmaq lazım deyil. Transfer dövründə artıq bizi avrokuboklara namizəd göstərirdilər. Ancaq bu məğlubiyyət yerində oldu. Əsas oyunlar bundan sonra olacaq.
  • Sumqayıt”a rəqib kimi gəlmək hansı hissləri yaratdı sizdə?
  • Biz peşəkarıq. Düzdü, burda böyümüşəm. Ancaq çox oyuna gəlmişəm. Xüsusi hiss oyanmadı.
  • Ağabala Ramazanovun qırmızı vərəqəsi haqda nə düşünürsüz?
  • Təhlil edib, lazım olan qərarları verəcəyik. 9 nəfərlə qaldıqdan sonra sərgilənən oyun daha çox xoşuma gəldi. Uşaqlar uduzmamaq üçün mübarizə apardılar.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button