
Zaur Hacıbabayev qələbə ilə qayıtdı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə MMA Qlobal silsiləsindən qran-pri keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib.
Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Hacıbabayev misirli döyüşçü Əhməd Əl-Tayeblə üz-üzə gəlib.
Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin