Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Səbail”ə 0:0 hesablı bərabərliyə razılaşan “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

  • Oyunda məni ən çox narahat edən meydan amili idi. Futbolçular çox yüklənirdi, qorxurduq ki, zədə olar. Düzdü, zədə olmadı, amma komanda çox yoruldu. İstərdik ki, qollu heç-heçə olsun, amma sevindirici odu ki, qol buraxmadıq.
  • Oyundan zövq ala bildiz?
  • Stressli oyun oldu. Bu hesab rəqibin üstünlüyüdü. Çempionat oyununda belə stress olmur.
  • Niyə qələbə haqqında yox, qollu bərabərlik haqqında düşünürsüz?
  • Minimum qollu heç-heçə deyirəm. Bu halda, mərhələni keçmək şansımız daha çox olardı.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button