Zaur Həşimov: “Azı 3 futbolçu “Zirə”dən gedəcək”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda “Səbail”i 1:0 hesablıyla məğlub edən “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Çox stressli oyun oldu. Hər iki oyun çətin oldu. Futbolçularda psixoloji gərginlik vardı, məndə də həmçinin. Əsas odur ki, nəticə yaxşı oldu.
  • Oyunun əvvəllərində komanda sanki qorxurdu, sonlarda isə əksinə, daha inamlı oynadı. Düşünmürsüz ki, əvvəldən yaxşı oynasaydız, nəticə daha tez bəlli olardı?
  • Birinci oyuna da ehtiyatlı başlamışdıq. Rəqibin qolu bizi çətinə sala bilərdi. Əsas odur ki, mərhələni keçə bildik, amma istəyirdik ki, məsələni 90 dəqiqə ərzində həll edək.
  • Bəzi epizodlarda, xüsusilə rəqibin sayılmayan qolunda mübahisəli vəziyyət yarandı…
  • İlk oyunda penalti vardı, hətta qırmızı vərəqə də vermək olardı. Bu günkü epizodda isə belə hallar olub ki, qol sayılmayıb.
  • Komandaya gələnlər və gedəcəklər bəllidir?
  • Gedənlər olacaq, danışıqlar gedir. Minimum 3 nəfər gedəcək. Rəhbərliklə danışıq olacaq.
  • Oyun penaltilərə qədər uzansaydı, təyyarəyə gecikən olacaqdı?
  • Skarlatake gecikə bilərdi.
  • Xulio Sezar Rodriqesi meydana buraxanda, hiss edirdiz ki, o oyununun qəhrəmanı olacaq?
  • Oyuna təsir edəcəyinə əmin idim, amma qol vuracağını hiss etmirdim.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button