
Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib
Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.
Komanda.az xəbər verir ki, bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.
1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov həm də 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidenti, 2017-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvü, həmin ildən “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin