“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/4 finalda Jakopo Sandron (İtaliya) – Şermuhammad Şaribjanov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.
67 kq-dakı Həsrət Cəfərov 1/8 final mərhələsində Luis Alberto Sançes (Kuba) – Sinq Karanjit (Hindistan) duelinin qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 53 kq-dakı Elnurə Məmmədova Li Denqlə (Çin) mübarizə aparacaq.
Öncədən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala yiyələnib.
Bizi Facebook-da izləyin