“Zaqreb Open”: Azərbaycanlı yunan-Roma güləşçiləri mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə start verəcək.

Komanda.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda Amin Yavar Kaviyaninejadla (İran) qarşılaşacaq.

87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) mübarizə aparacaq.

Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü Anastasiya Niçitaya (Moldova) qarşı keçirəcək. Elis Manolova (62 kq) isə Kiyoko Miraklla (ABŞ) üz-üzə gələcək.

Öncədən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button