Zaqreb “Dinamo”sunda koronavirus şoku
Avstriyanın “Volfsberger” klubunun 8 futbolçusunda Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə oyundan öncə koronavirus aşkarlandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, rəqib komandada da oxşar hal yaşanır.
Belə ki, Xorvatiya klubunda daha 5 futbolçunun koronavirus testi müsbət nəticələnib. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bununla da “Dinamo”da koronavirusa yoluxan futbolçuların sayı 9-a çatıb. Onların heç biri “Volfsberger”lə qarşılaşmada forma geyinməyəcək.
“Dinamo”nun baş məşqçisi Zoran Mamiçdə də koronavirus aşkarlanıb. Qarşıdakı oyunlarda komandaya onun köməkçisi Alen Peternaç rəhbərlik edəcək.
Qeyd edək ki, “Dinamo” – “Volfsberger” matçı noyabrın 5-də Zaqrebdə baş tutacaq.
Bizi Facebook-da izləyin