Zaqreb “Dinamo”su futbolçusunu Bundesliqa klubuna satdı
Xorvatiyanın “Dinamo” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi müdafiəçisi Bartol Franiçi Almaniyanın “Volfsburq” klubuna satıb.
22 yaşlı xorvat futbolçu artıq Bundesliqa təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.
Xorvatiyanın U-21 yığmasında 10 oyunda 1 qol vurmuş Franiç, “Dinamo”nun öz yetirməsi idi. O, 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. Müdafiəçi bu komandada 82 oyunda 1 qolla yadda qalıb.
“Dinamo” gənc yarımmüdafiəçisi Tomislav Duvnyakı da “İstra 1961” klubuna satıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin