
“Zaqatala”ya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi U-17 Qızlar Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Şəfa” ilə görüşdə komandanın heyətində yetərsay olmadığı üçün bölgə təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


