
“Zaqatala” 3 futbolçu ilə müqavilə müddətini uzadıb
Azərbaycan 1-ci Liqasında çıxış edən “Zaqatala” klubu 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat ximətindən məlumat verilib.
Kənan Müslümov, Roini İsmayılov və Sərxan Abdullayevlə yenidən 1 illik anlaşma imzalanıb.
Birinci Liqaya sentyabrın 11-də start veriləcək. “Zaqatala” ilk turda “Cəbrayıl”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



