“İnter” rəsmisi 2 futbolçu ilə yeni müqavilə imzalanacağını təsdiqlədi

“İnter”in vitse-prezidenti Xavyer Zanetti yarımmüdafiəçi Nikolo Barella və hücumçu Lautaro Martinesin müqavilələri ilə bağlı vəziyyətdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı klub rəsmisi hər iki futbolçuyla tezliklə razılığa gələcəklərini bildirib:

“Mən təsdiq edə bilərəm ki, Barella və Lautaro ilə yeni müqavilə imzalanacaq. Bunu əminliklə demək olar. Hər iki futbolçu ilə tezliklə razılığa gələcəyik. Klub və futbolçular əməkdaşlığı davam etdirmək istəyirlər”.

Barella və Martines bu mövsüm “İnter”ə çempionluq qazanmaqda kömək edən əsas oyunçulardır. Lautaro Martines A Seriyasının cari mövsümündə 23 qol vurub. O, turnirin bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button