“İnter” rəsmisi Klublararası dünya çempionatının püşkünü dəyərləndirib
“İnter”in vitse-prezidenti Xavyer Zanetti Klublararası dünya çempionatının püşkatma mərasimini dəyərləndirib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Milan klubunun rəsmisi rəqabətli qrupa düşdükləri üçün xoşbəxt olduqlarını bildirib:
“Biz xoşbəxtik, rəqabətli qrupumuz var, hər bir rəqibə qarşı ciddi hazırlaşacağıq. ABŞ futbolu sevir, ona görə də, çoxu bu turniri izləyəcək. Yeni formatda keçirilən Klublararası dünya çempionatının ilk oyunları olacaq, hər kəs komandaların səviyyələrini aydın şəkildə müqayisə edə biləcək. Əminəm ki, bütün klublar turnirdə məmnuniyyətlə iştirak edəcəklər. Bəli, Avropada mövsüm başa çatdıqdan sonra Klublararası dünya çempionatı başlayacaq, ancaq futbolçularımız yaxşı hazırlaşıb, özlərini göstərmək üçün hər cür səy göstərəcəklər”.
“İnter” “River Pleyt”, “Monterrey” və “Urava Red Diamonds”la bir qrupda yer alıb.
Bizi Facebook-da izləyin