Zamiq oynadı, “Eqnatiya” qalib gəldi
Albaniya çempionatında növbəti turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu gün növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Bilis”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Zamiq Əliyev 87-ci dəqiqədə meydana çıxıb.
“Eqnatiya” 42 xalla Albaniya çempionatının lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin