“Liverpul” onu bu gün tibbi müayinədən keçirəcək

“Zalsburq”un futbolçusu Takumi Minaminonun karyerasını İngiltərədə davam etdirəcəyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu bu gün “Liverpul” klubu üçün tibbi müayinədən keçəcək. Bu barədə “The Times” nəşri məlumat yayıb.

Minamino yeni komandasına yanvarda qoşulacaq. “Liverpul” yapon futbolçu üçün “Zalsburq”a 8 milyon avro ödəyəcək.

Yaponiya millisinin də formasını geyinən Minamino, bu mövsüm “Zalsburq” formasıyla 22 oyunda 9 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button