“Zərbəm dəqiq alındı deyə, daha da baxımlı oldu” – “Kəpəz”in futbolçusu

“Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Turan Manafov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Ayın qolu” layihəsində qalib olan oyunçu bununla bağlı fikirlərini bölüşüb:

“Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə, daha da baxımlı oldu. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button