Zəlzələ: Türkiyəli futbolçu dağıntılar altında qalıb
Türkiyədəki zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb.
Komanda.az “Sporx”-ə istinadən xəbər verir ki, “Malatya Böyükşəhər Bələdiyyəspor”un 6 voleybolçusunun qaldığı otel uçub. Dağıntılar altında qalanlardan üçü xilas edilib.
Eyni zamanda, futbol üzrə Türkiyə 1-ci liqasında çıxış edən “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı deyilib.
Türkiyədə 7,4 bal gücündə zəlzələ olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin