“Hatayspor”un idman direktoru zəlzələdə ölüb
“Hatayspor” klubunun idman direktoru Taner Savut Türkiyədə baş verən zəlzələlərdən sonra dağıntılar altında qalaraq vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib:
“İdman direktorumuz Taner Savutun vəfatı bizi çox kədərləndirdi. Ailəsinə və bütün yaxınlarına başsağlığı veririk”.
Daha əvvəl klubun qanalı futbolçusu Kristian Atsunun cəsədinin fevralın 18-də dağıntılar altından çıxarıldığı bildirilmişdi.
Fevralın 6-da baş verən zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin